Bağla

AzNews.info



Bölmə: İqtisadiyyat, Sosial

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”da yük aşırma kəskin artıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”da yük aşırma kəskin artıb


Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının diversifikasiyasına yönəlmiş siyasətinin tələblərinə cavab verərək, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) xarici yüklərin cəlb olunması, Limanda dünya standartlarına cavab verən əməliyyat standartların tətbiqi üçün fəaliyyətini davam etdirib.

Oxu.Az-a Bakı Limanından verilən məlumata görə, nəticədə 2016-cı ildə limanda bütün istiqamətlər üzrə ciddi artım qeydə alınıb.

Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 47% artaraq 4,5 milyon tona çatıb. Yükaşırmanın 87%-i tranzit yükaşırmanın payına düşüb.

Eyni zamanda ən böyük artım təkərli texnikanın xüsusən də, iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb.

Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3 dəfəyə yaxın artıb və rəqəm ifadəsində 23 min 415 ədəd iri həcmli nəqliyyat vasitəsi təşkil edib.

Məlumat üçün qeyd edək ki, bu rəqəm keçən ilin müvafiq dövründə 8 min 756 ədəd olub. Bunların 13 min 791 ədədi (58,3%) Bakı-Aktau-Bakı istiqamətində, 9 min 850 ədədi (41,7%) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

2015-ci il ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 28,5% artaraq 17 min 100 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 2 dəfəyə yaxın (87,5%) artaraq 1 milyon 575 min tona çatıb.

Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 17,4% artaraq 36896 ədədə çatıb. Bunlardan 11 min 109 vaqon (30,1%) Bakı-Aktau-Bakı istiqamətində, 25 min 787 (69,9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artaraq 20 min 203 nəfər olub.

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% artaraq 418,1 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti materiallarının idxalının payına düşüb.

Mənbə: Oxu.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *