Bağla

AzNews.info



Bölmə: İqtisadiyyat, Sosial

Vergi əməkdaşlarının maaş əlavəsi artırılıb

Vergi əməkdaşlarının maaş əlavəsi artırılıb


Nazirlər Kabineti Vergilər Nazirliyinin işçilərinin sosial müdafiəsi üçün yaradılmış xüsusi fondun gəlir mənbələrini artırıb. Bu haqda qərar imzalandığı tarixdən (30 dekabr) deyil, keçən ilin avqustun 13-dən qüvvəyə minib.

Oxu.Az xəbər verir ki, bu haqda məlumatı contact.az yayıb.

Sayt bildirir ki, “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na edilən dəyişikliyə görə, vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i artıq bu fondun yeganə gəlir mənbəyi deyil.

Fonda, həmçinin, “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25%-i toplanacaq.

Bundan başqa, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğinin 20%-i də bu fonda daxil olur.

Dəyişikliklərə əsasən, fonda toplanan vəsaitlərin istifadə təyinatı da genişləndirilib. Bu vəsaitlərdən həm də vergi orqanı işçilərinə əməkhaqlarının, məzuniyyət haqlarının və ezamiyyə xərclərinin; onların əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsində istifadə olunacaq.

Fonda yığılan vəsaitlər sosial sığorta haqlarının, Vergilər Nazirliyinin icarəyə götürdüyü inzibati binalara görə icarə haqlarının və beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə də sərf olunacaq.

Mənbə: Oxu.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *