FİFA əlavə 640 milyon dollar qazana bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Futbol

FİFA əlavə 640 milyon dollar qazana bilər

FİFA əlavə 640 milyon dollar qazana bilər

Futbol üzrə dünya çempionatının final mərhələsində iştirakçı komanda sayının 32-dən 48-dək artırılması FİFA-ya əlavə 640 milyon dollar qazandıracaq. Bu barədə AFP agentliyi əldə etdiyi məxfi hesabata istinadən məlumat yayıb.

Bundan əvvəl məlum olub ki, FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatından başlayaraq turnirdə 16 qrupa bölünən 48 komandanın iştirak edəcəyinə dair sxem tətbiq etməyi planlaşdırır.

Agentliyin məlumatına görə, formatın dəyişdirilməsi barədə qərar qəbul olunarsa, o zaman təşkilatın xalis gəlirləri 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının yekunu üzrə proqnozlaşdırdığı 3,54 mln. dollara nisbətdə 4,18 mln. dollar təşkil edəcək.

Eyni zamanda qeyd olunur ki, komanda və oyunların sayının artırılması sayəsində gəlirlərin artması ilə yanaşı xərclər də çoxalacaq (325 mln. dollar).

İnfantino yeni təklifini FİFA Şurasının 9-10 yanvar tarixlərində Sürixdə keçiriləcək iclasları zamanı təqdim etməlidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *