Bağla

AzNews.info



Bölmə: İqtisadiyyat, Sosial

Parkomatlarda qiymətlərin yüksək olması barədə – AÇIQLAMA

Parkomatlarda qiymətlərin yüksək olması barədə

Milli Məclisin yaz sessiyasının son plenar iclaslarında Bakıda parkomatlarda qiymətlərin yüksək olması ilə bağlı məsələ qaldırıldı və müzakirələrə səbəb oldu. Qeyd olundu ki, yeraltı parkomatlarda qiymətlərin baha olması həmin parkomatlardan istifadə edən sürücülərin azlığına səbəb olur.
Trend-ə açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, parkomatlarda qiymətlərin müəyyən edilməsi yol polisinin səlahiyyətində deyil, amma parkomatlarda qiymətlər aşağı olsa, bu, qanunsuz yerdə avtomobil saxlayan sürücülərin də sayının azalmasına səbəb olar:

“Ən azı yol polisinin dayanma-durma ilə bağlı keçirdiyi tədbirlər ilə müsbət nəticələr əldə etmək mümkündür”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da parkomatlarda qiymətlərin yüksək olması qənaətindədir. Ə.Hüseynov bildirib ki, bu gün Bakıda istər yeraltı, istərsə də yerüstü parkomatlarda qiymətlər müvafiq səviyyədə deyil:

“Hər parkomatda müxtəlif qiymət mövcuddur. Parkomatlarda konkret tarif olmalıdır və hesab edirəm ki, bu tarif də Tarif Şurası tərəfindən müəyyən edilməlidir. O cümlədən güzəştli şərtlər və onların kimə şamil edilməsi müəyyən edilməlidir. Bundan əlavə dünya təcrübəsinə əsaslanaraq, öncədən ödəniş etməklə parkomatlardan istifadə qaydaları da müəyyən edilməlidir. Məsələn kimsə bir ilin ödənişini əvvəlcədən edirsə, bunun üçün həm parkomat, həm də avtomobil sahibi üçün əlverişli tarif müəyyən edilə bilər”.

Mənbə: Trend

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *