Azərbaycana gələn siqaretlər yığışdırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycana gələn siqaretlər yığışdırıldı

Azərbaycana gələn siqaretlər yığışdırıldı


Moskva-Lənkəran aviareysi ilə gələn Azərbaycan vətəndaşı Afətdin Dadaşova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib.

Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan aksiz markaları ilə markalanmayan 1000 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında A. Dadaşov baqajında aşkar olunan siqaretləri Rusiyanın Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.Moskva-Lənkəran aviareysi ilə gələn Azərbaycan vətəndaşı Afətdin Dadaşova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib.

Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan aksiz markaları ilə markalanmayan 1000 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında A. Dadaşov baqajında aşkar olunan siqaretləri Rusiyanın Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *