Bağla

AzNews.info



Bölmə: İqtisadiyyat, Sosial

Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı – YENİ QAYDALAR

Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı

“Elektron qaydada təşkil olunan lotereyalar, digər yarışlar və müsabiqələrdən əldə edilən gəlirlər vergiyə cəlb olunacaq”.

AzNews.info Fins.az-a istinadən xəbər verir ki, bunu Vergilər naziri Fazil Məmmədov parlamentdəki çıxışında deyib.

Bildirib ki, Vergi Məcəlləsinə rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəaların əlavə edilməsi nəzərdə tutulur.

Burada elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə, elektron qaydada keçirilən oyunlara görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə cəlb edilməsi ilə bağlı müddəa da daxil edilib.

“Həmin müddəalara əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına tutulmalı və büdcəyə ödənilməlidir”.

Bununla elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf nəzarətin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına nail olunacaq.

Mənbə: Fins.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *