Bağla

AzNews.info



Deputat: Sözü havayı yox, xalq üçün demişəm – VİDEO

Deputat: Sözü havayı yox, xalq üçün demişəm


“Qara bazar”a qarşı sərt çıxışı ilə gündəmə gələn YAP-çı millət vəkili Yevda Abramov Beynəlxalq Bankda baş verən son dəyişikliklərə reaksiya verib.

Oxu.Az xəbər verir ki, millət vəkili “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Milli Məclisdə məsələni qaldırdıqdan sonra hökumət vəziyyəti başa düşüb:

“Vəziyyətə uyğun adekvat cavablar da gəlməli idi. “Qara bazar”a qarşı mübarizə tədbirləri davam etməlidir. Mən Milli Məclisdə sözü havayı yox, xalq üçün demişəm. Orada populizm naminə danışmamışdım. Ona görə danışmışdım ki, Azərbaycan xalqı ağ günə çıxsın”.

Xatırladaq ki, dekabrın 7-də Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılarkən millət vəkili Yevda Abramov metronun “28 may”, “Xalqlar dostluğu” stansiyalarının yaxınlığında və Quba bazarında xüsusi maşınların yük hissələrində kütləvi şəkildə dollar və manatın “qara bazar”da satıldığını öz gözləri ilə gördüyünü bildirmişdi.

Millət vəkili hökumətə sual ünvanlayaraq bu qədər dolların, pul kütləsinin həmin insanların əlinə necə keçdiyinə məəttəl qaldığını vurğulamışdı. “Qara bazar”a kimin diktə etdiyinin araşdırılmasını hökumətdən tələb etmişdi.

Məhz bu çıxışdan sonra “qara bazar”a kütləvi dollarları çıxarmaqda şübhəli bilinən dövlət bankı olan Beynəlxalq Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən azad edilib.

Mənbə: Oxu.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *