Bağla

AzNews.info



Bölmə: İqtisadiyyat, Sosial

Siqaret istehsalçılarına – QADAĞA

Siqaret istehsalçılarına


Azərbaycanda tütün və tütün məmulatlarının istehsalı ilə məşğul olan şirkətlər sponsor fəaliyyəti ilə məşğul ola bilməzlər.

Aznews.info Trend-ə istinadən xəbər verir ki, bu Milli Məclisin aqrar siyasət komitəsində müzakirə edilən “Tütün və tütün məmulatı” haqqında qanuna dəyişikliklər edilməsi barədə əlavə və dəyişikliklər layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün və tütün məmulatları alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi və “Reklam haqqında” qanuna uyğun olaraq tütün və tütün məmulatlarının reklamı qadağan edilir.

Komitənin iclasında, həmçinin “Çayçılıq haqqında” qanuna dəyişikliklər də müzakirə olunub. Dəyişikliyə əsasən, çay məmulatlarının “Reklam haqqında” qanuna uyğun olaraq reklam edilməsi təklif olunub.

Hər iki qanun layihəsinə dəyişikliklər Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə olunub.

Mənbə: Trend.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *