Bağla

AzNews.info



Bölmə: İqtisadiyyat, Sosial

“Qara bazar”da dollar ucuzlaşdı

“Qara bazar”da dollar ucuzlaşdı


Qeyri-qanuni bazarda dollar banklardan ucuz satılır.

“Qara bazar”da dolların satış kursu bir gün ərzində 16 qəpik düşüb.

Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki, hazırda qeyri-qanuni bazarda dollar 1,6800-1,6900 manata satılır. Halbuki, əksər banklarda dolların satış kursu 1,7000-dən yuxarıdır.

Bank üzrə ekspert Ramin Rəhimovun fikrincə, banklardan “qara bazar”a ötürülən dollar kütləsi ölkədə bu valyutanın satışının bahalaşmasına və süni qıtlığa səbəb olmuşdu.

Mərkəzi Bankın dövriyyədə dollar kütləsini artırmaq üçün hərraca daha çox vəsait çıxartması isə məzənnəyə dərhal təsir göstərdi. Qeyd edək ki, sentyabrın 8-də keçirilən hərracda Neft Fondu 200 milyon, Mərkəzi Bank isə 100 milyon çıxartmaqla ümumilikdə 300 milyonla iştirak etdi.

Mənbə: Oxu.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 5 dekabr 2016 17:23
  • Yazan: online
Yes, it is true, that for most men cialis online pharmacy delivers a very lasting state of erection readiness.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *