Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar bərpa edildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar bərpa edildi

Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar bərpa edildi


Rusiyanın Nijni Novqorod şəhərinin “Striqino” hava limanından Bakıya birbaşa reyslər bərpa edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “NTA-Privoljye” nəşri yazıb.

Reysləri “Komiaviatrans” aviaşirkəti yerinə yetirir. “Striqino” hava limanının məlumatına görə, Nijni Novqorod şəhərindən reyslər cümə günləri saat 10:30-dan, Bakıdan isə cümə axşamları 20:15-də həyata keçirilir. Birtərəfli gediş üçün biletin qiyməti 12 min 300 Rusiya rublu və ya 307 manat təşkil edir. Uçuş vaxtı 2 saat 45 dəqiqədir.

Əvvəllər bu istiqamətdə “YUTeyr” və “Azərbaycan Hava Yolları” QSC fəaliyyət göstərib.

“Komiaviatrans” Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyindən Nijni Novqoroddan Azərbaycanın paytaxtı Bakıya beynəlxalq uçuşlar təşkil etmək icazəsini avqust ayının əvvəlində alıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *