Vergi ödəyicilərinə şans veriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Vergi ödəyicilərinə şans veriləcək – YENİLİK

Vergi ödəyicilərinə şans veriləcək


Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamında diqqət çəkən məqamlardan biri də vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi (“Advance tax ruling”) qaydasının tətbiqidir.

Həmin sistem inkişaf etmiş ölkələrdə istər fərdi vergi ödəyiciləri, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən alətlərdəndir.

Bu zaman vergi ödəyicilərinin müraciəti əsasında vergi orqanları qanunuvericilikdə nəzərdə tutulmuş qaydada həmin vergi ödəyicisinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi barədə məlumat hazırlayaraq ona təqdim edirlər.

Bu barədə Oxu.Az-a Vergilər Nazirliyindən bildirilib.

Məlum olduğu kimi, sahibkarların hər hansı səbəbdən vergi öhdəliklərini düzgün müəyyən etməməsi nəticəsində Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

Yəni həmin şəxsə maliyyə sanksiyaları və faizlər hesablanır və o, maliyyə sanksiyaları və faizləri ödəməklə dövriyyə vəsaitindən səmərəli istifadə edə bilmir, son nəticədə ciddi maliyyə itkiləri ilə üzləşir.

Belə halların qarşısının alınmasına kömək edən üsullardan biri də vergi ödəyiciləri tərəfindən aparılması planlaşdırılan əməliyyatlar üzrə vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanmasıdır.

Hazırda vergi öhdəliklərinin hüquqi nəticələr doğurmadan vergi orqanları ilə razılaşdırılması qaydasının müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi üzərində iş gedir.

Sərəncəma əsasən, hər bir vergi ödəyicisinə öz səhvlərini könüllü açıqlamaq şansı da yaradılır. Bu, “Könüllü vergi açıqlaması” (“Voluntary tax disdosure") sisteminin tətbiqi ilə bağlıdır. Könüllü vergi açıqlaması, vergi yoxlaması üçün qanunla müyyən edilmiş müddət bitdikdən sonra, yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur.

Bununla da vergi ödəyicisinin dəqiqləşmiş bəyannamə vermək hüququ yaranacaq və həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.

Mütəxəssislərin qənaətinə görə, sərəncama uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirlər vergi inzibatçılığının beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına və digər ölkələrin qabaqcıl təcrübələrinin Azərbaycanda daha geniş tətbiqinə şərait yaradacaq.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *