Azərbaycanın turizm gəlirləri artacaq » AzNews.info -Xəbər portalı

Azərbaycanın turizm gəlirləri artacaq

Azərbaycanın turizm gəlirləri artacaq


Bu il ərzində Azərbaycanın turizmdən gəlirləri 1 milyard 834 milyon dollara çatacaq.

AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə “World Travel and Tourism Council”in (WTTC – Dünya Səyahət və Turizm Şurası) ekspertləri açıqlama yayıblar.

2015-ci ilə nisbətən Azərbaycana gələn turistlərin sayı 6,4% artaraq 1 milyon nəfərə çatıb.

Hər gün ərəb ölkələrindən 600-1000 nəfər turist Azərbaycana səyahət edir. Həmin ərəb ölkələri arasında Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman və İraq vətəndaşları üstünlük təşkil edirlər ki, onlar da gün ərzində ölkədə minimum 150-200 dollar xərcləyirlər.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumata görə, bu ilin mayında ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayı 30 dəfə artıb.

Ekspertlər 2015-ci ildə manatın devalvasiyasından sonra ölkənin daha cəlbedici olduğunu qeyd edirlər.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *