Azərbaycan avtomobil zavoduna İrandan 4 dəfə çox investisiya qoyacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Avto

Azərbaycan avtomobil zavoduna İrandan 4 dəfə çox investisiya qoyacaq

Azərbaycan avtomobil zavoduna İrandan 4 dəfə çox investisiya qoyacaq


“Neftçala Sənaye Məhəlləsində yaradılacaq Azərbaycan-İran avtomobil zavodunun istehsal gücü ildə 10 min ədəd avtomobil olacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə zavodun təməlqoyma mərasimində çıxışı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir xatırladıb ki, zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 15 milyon dollar olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb.

Nazir Ş.Mustafayev qeyd edib ki, təməli qoyulmuş avtomobil istehsalı zavodu 10 hektar ərazidə tikiləcək:

“İlkin olaraq zavoda 15 milyon dollar həcmində investisiyanın yatırılması nəzərdə tutulur. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25%-nin İran şirkəti (3 milyon 750 min dollar - red.) tərəfindən yatırılması barədə razılıq əldə edilib.

İnvestisiyanın 75%-i (11 milyon 750 min dollar - red.) isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək”.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *