İstanbul və Ankara reysləri bərpa edilib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İstanbul və Ankara reysləri bərpa edilib

İstanbul və Ankara reysləri bərpa edilib


AzNews.info xəbər verir ki, AZAL-dan “Report”a verilən məlumata görə, şirkət Ankaraya həftənin çərşənbə axşamı və bazar günlərindən başqa, 1-3-4-6-cı günləri saat 09:10-da, 5-ci gün isə saat 16:15-də olmaqla uçuşlar təşkil edir.

İstanbula olan uçuşlar isə hər gün saat 08:45, 16:35 və 19:15 saatlarında reallaşdırılır. Şirkət bu istiqamətlər üzrə aviareysləri “B 767/845”, “B 1915/767”, “A 1635/319” nömrəli təyyarələrlə həyata keçirir. AZALJET reyslərinə bir istiqamət üzrə biletin qiyməti 49 avrodan başlayır. Hər iki istiqamət üzrə isə biletlərin qiyməti 98 avro təşkil edir.

“Türk Hava Yolları”nın (THY) Bakı ofisindən isə bildirilib ki, İstanbul istiqaməti üzrə şirkət uçuşları əvvəlki qaydada davam etdirir. Eyni zamanda THY-nın “TK 003” nömrəli təyyarə ilə təşkil olunan İstanbul-Nyu-York aviareysi də bugündən bərpa olunub.

Qeyd edək ki, ABŞ-ın Federal Aviasiya Federasiyası (FAF), iyulun 16-da ölkənin hava yolu şirkətlərinin İstanbula və ya İstanbuldan ABŞ-a gələcək hər hansı bir hava yolu şirkətinin eniş etməsinə qadağa qoymuşdur.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *