Maliyyə naziri: Azərbaycanın 4 milyard dollarlıq kreditə ehtiyacı yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Maliyyə naziri: Azərbaycanın 4 milyard dollarlıq kreditə ehtiyacı yoxdur

Maliyyə naziri: Azərbaycanın 4 milyard dollarlıq kreditə ehtiyacı yoxdur


“Beynəlxalq Valyuta Fondu neftin ucuzlaşmasının qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini bildirsə də, bu baş vermədi”.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov “Financial Times” nəşrinə müsahibəsində deyib.

Nazir bildirib ki, bəzi ölkələrin yardıma möhtac olması onlara Beynəlxalq Valyuta Fonduna müraciət etməsində maneədir: “Nəticədə kiçik problem böyüyür”.

Bir müddət öncə Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna 4 mlrd. dollarlıq kredit üçün müraciət etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirən nazir qeyd edib ki, olduqca kiçik həcmdə xarici borcu və 34 mlrd. dollarlıq ehtiyata malik suveren fondu olan ölkənin bu vəsaitə ehtiyacı yoxdur:

“Beynəlxalq Valyuta Fondu Azərbaycana bazarda mövcud olan faizlərdən aşağı dərəcə ilə kredit ayıra bilərdi. Söhbət iqtisadiyyata yardımdan yox, daha ucuz maliyyə vəsaiti cəlb etməyə yardım etməkdən gedir.

Hazırda fond bu məsələləri həll etmək üçün dörd məhsul üzərində işləyir. Buna baxmayaraq, iri maliyyə vəsaitlərinin üstündə oturan və onları bölüşdürə bilməyən institut var”.

Maraqlıdır ki, Azərbaycanın 4 mlrd. dollarlıq kreditə ehtiyacı olmadığını deyən nazir bunun ardınca bildirib ki, hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi üçün həmin Dünya Bankı, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi maliyyə institutları ilə 5 mlrd. dollarlıq kreditin və ya zəmanətin cəlb olunması üçün danışıqlar aparılır.

S.Şərifov əlavə edib ki, Azərbaycan layihədəki payını maliyyə institutlarının yardımı olmadan da maliyyələşdirə bilər.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *