Vergilər Nazirliyində yeni idarələr yaradılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Vergilər Nazirliyində yeni idarələr yaradılıb

Vergilər Nazirliyində yeni idarələr yaradılıb


Vergilər Nazirliyinin struktur vahidi və bölmələrinə nəzarətdə (kuratorluq) bəzi dəyişikliklər baş verib.

AzNews.info Report-a istinadən xəbər verir ki, Nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsi nazir müavini Sahib Ələkbərovun kuratorluğundan çıxarılaraq birbaşa nazir Fazil Məmmədovun kuratorluğuna verilib.

Həmçinin, Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri Riyad Hüseynovun nəzarətindən alınaraq nazirin müavini Sahir Məmmədxanovun kuratorluğuna həvalə edilib.

Bununla yanaşı, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsi yaradılaraq vergilər nazirinin müavini İlkin Vəliyevin nəzarətinə verilib.

Nazirlikdə yeni yaradılan Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsi və informasiya texnologiyaları şöbəsi isə vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri R.Hüseynovun nəzarətinə verilib.

Əlavə olaraq yeni yaradılan Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsi və Vergi auditi və operativ nəzarət İdarəsi nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədovun kurasiyasına verilib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *