Xəzər TV-də böhran: 2 aydır ki, maaşlar verilmir » AzNews.info -Xəbər portalı

Xəzər TV-də böhran: 2 aydır ki, maaşlar verilmir

Xəzər TV-də böhran: 2 aydır ki, maaşlar verilmir


Xəzər Televiziyasında böhran yaranıb.

Azxeber.com-un məlumatına görə, artıq 2 aydır ki, televiziyada işçilərin maaşı verilmir.

Belə ki, yeni binaya köçəndən sonra TV işçilərinin "qara günləri" başlayıb. Telekanalın reytinqinin aşağı düşməsi, reklam verənlərin azalması və yeni binanın tikintisi zamanı yaranan borc işçilərin maaşının verilməməsinə gətirib çıxarıb.

Eyni zamanda Xəzər TV və Xəzər Radiosunda da ciddi dəyişikliklərin olacağı gözlənilir. Artıq radioya tanınmış aparıcı Nəsib Nur rəhbər gətirilib, yaxın günlərdə DJ Çiçəyin də Xəzər 103 FM-ə gətirələcəyi gözlənilir. Eyni zamanda TV-də də struktur dəyişiklikləri gözlənilir. Bu səbəbdən də işçilərin çoxu artıq indidən yeni iş axtarışına çıxıb.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *