Dövriyyədə olan manat kütləsi artdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Dövriyyədə olan manat kütləsi artdı

Dövriyyədə olan manat kütləsi artdı


2016-cı ilin iyun ayının 1-nə Azərbaycanda dövriyyədə olan manat kütləsinin (pul bazası) həcmi 7 milyard 641,6 milyon manat təşkil edib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 44,3 milyon manat və ya 0,58% çoxdur.

Bu barədə Oxu.Az Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin may ayının yekunları ilə bağlı açıqladığı statistik məlumatlara istinadən xəbər verir.

Hesabata görə, cari ilin əvvəlindən isə dövriyyədə olan manat kütləsinin həcmi 739,8 milyon manat və ya 10,71% artıb.

Qeyd edək ki, cari ilin əvvəlində dövriyyədə olan manat kütləsinin həcmi 6 milyard 901,8 milyon manat, mart ayının yekunlarında, yəni aprelin 1-nə isə 6 milyard 535,8 milyon manat, aprel ayının yekunlarında isə 6 milyard 726,1 milyon manat təşkil edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *