“Fitch” Azərbaycanın bank sektorunun problemlərindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Fitch” Azərbaycanın bank sektorunun problemlərindən danışdı

“Fitch” Azərbaycanın bank sektorunun problemlərindən danışdı


Yüksək dollarlaşmadan əziyyət çəkən Azərbaycanın bank sektoru milli valyutanın devalvasiyasından ciddi zərər görüb.

AzNews.info “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə “Fitch” Beynəlxalq reytinq agentliyinin “Dollarisation in CIS/Georgian Banking Sectors” adlı hesabatında deyilir.

“MDB ölkələrinin yüksək dollarlaşma balansı olan banklar milli valyutanın devalvasiyasından ciddi zərər görüb. Lakin daha çox zərərlə Azərbaycan və Ukraynanın bank sektoru üzləşib.

Çünki bu ölkələrin bankları lazımi normativ dəstəyi ala bilmədi. Qazaxıstan, Rusiya, Gürcüstan və Belarusun bank sektoru dövlətdən daha çox dəstək gördü. Məzənnə dəyişiklikləri gürcü və erməni banklarına o qədər də ciddi təsir etməyib”, - icmalda qeyd edilib.

Agentliyin qiymətləndirməsinə görə, regionda fəal şəkildə xarici valyutada kredit götürülür və depozit cəlb edilir.

“Ermənistan, Gürcüstan və Belarus bankları xarici valyutada ən yüksək kredit payına sahibdirlər (57%-66%), bununla yanaşı Azərbaycan, Gürcüstan, Qazaxıstan və Belarus bankları xarici valyutada ən yüksək (60%-dən çox) depozitə malikdirlər”, - agentlik qeyd edir.

Xarici valyutada pərakəndə kreditləşmə Azərbaycan, Ukryana, Gürcüstan və Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir.

“Regionda əsasən xammalın ucuz qiymətləri ucbatından yaranan iqtisadi böhran banklarda kapitallaşma problemləri yaradıb. Kapitala daha çox təzyiq Azərbaycan, Ukrayna və Qazaxıstan bank sektorunda müşahidə edilir”, - icmalda vurğulanır.

Mənbə: İnterfaks-Azərbaycan
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *