Azərbaycanda POS-terminalların sayı azalıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda POS-terminalların sayı azalıb

Azərbaycanda POS-terminalların sayı azalıb


Azərbaycanda fəaliyyətdə olan POS-terminalların sayı bir ayda 1687 ədəd və ya 2,2%, ilin əvvəlindən isə 4738 ədəd və ya 5,9% azalaraq aprelin 1-nə 75563 ədəd təşkil edib.

Virtualaz.org Mərkəzi Bankın saytına istinadən xəbər verir ki, POS-terminalların 43476 ədədi və ya 57,5%-i Bakının, 32087 ədədi və ya 42,5%-i regionların payına düşüb.

Bakıda POS-terminalların sayında aylıq 2,8% və ya 1236 ədəd, ilin əvvəlindən isə 11,2% və ya 5468 ədəd azalma qeydə alınıb. Regionlarda isə aylıq müqayisədə 451 ədəd və ya 1,4% azalma, ilin əvvlindən isə 730 ədəd və ya 2,3% artım müşahidə olunub.

Qeyd edək ki, cari il aprelin 1-nə hər 130 nəfərə bir POS-terminal düşüb. İlin əvvəlində isə bu göstərici 120 nəfər/terminal olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *