Rusiyanın ən zəngin azərbaycanlıları » AzNews.info -Xəbər portalı

Rusiyanın ən zəngin azərbaycanlıları – SİYAHI

Rusiyanın ən zəngin azərbaycanlıları


Dünyaca məşhur “Forbes” jurnalının Rusiya şöbəsi bu ölkənin 2016-cı il üçün ən zəngin 200 biznesmeninin siyahısını dərc edib.

Oxu.Az xəbər verir ki, təqdim edilən siyahıya bir neçə Azərbaycan əsilli milyarder də daxildir.

Belə ki, Rusiyanın ən zəngin azərbaycanlılarının siyahısına 8,9 milyard dollar həcmində sərvət ilə Vahid Ələkbərov (əslən Bakıdandır) liderlik edir.

Rusiyanın ən zəngin azərbaycanlıları


Amma deyəsən neftin qiymətinin ucuzlaşması “Lukoyl” şirkətinin rəhbərinə güclü təsir edib – Ələkbərov bir il ərzində 3,3 milyard dollar itirib və Rusiyanın ən zəngin insanları siyahısında 6-cı pillədən 9-cu pilləyə keçib.

Siyahının ikinci və üçüncü pillələrini “Qırmızı qəsəbə”dən olan biznes-tərəfdaşlar Zarah İliyev (solda) və Qod Nisanov (sağda) tuturlar.

Rusiyanın ən zəngin azərbaycanlıları


İliyev və Nisanov Moskvada kommersiya və ticarət əmlakına malik olan “Kiyevskaya ploşad” qrupunun sahibləridir.

2016-cı il ərzində İliyev və Nizanovun sərvəti 1,1 milyard dolalr azalaraq müvafiq olaraq 3,2 və 3,2 milyarddan ibarət olub (Rusiya üzrə 26 və 27-ci yer).

Keçmiş bakılı Fərhad Əhmədov 1,4 milyard dollar həcmində sərvəti ilə ən zəngin azərbaycanlılar siyahısında 4-cü yeri tutub, bu ona Rusiyanın ən zəngin adamları siyahısında 51-ci yeri tutumağa imkan verib.

Rusiyanın ən zəngin azərbaycanlıları


Qeyd edək ki, keçən il ərzində Əhmədovun kapitalı sabit qalıb.

Nəhayət, Rusiyada Azərbaycan əsilli ən zəngin insanların ilk beşliyini 1,2 milyard dollar sərvət ilə bakılı Araz Ağalarov tamamlayır.

Rusiyanın ən zəngin azərbaycanlıları


2016-cı il ərzində Araz Ağalarovun kapitalı 700 milyon azalıb, 9 mövqe itirən həmvətənimiz Rusiyanın ən zəngin insanları siyahısında 55-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Rusiyada 2016-cı ilin ən zəngin insanı 14,4 milyard dollar həcmində sərvətə sahib olan Leonid Mixelsondur (Novatek, Sibir).

İkinci yerin sahibi 13,3 milyard dollar sərvətlə “LetterOne Holdings” idarə heyətinin və “Alfa-Qrup”un müşahidə şurasının sədri Mixail Fridmandır.

Üçlüyü “USM Holdings”ın təsisçisi və əsas səhmdarı Alişer Usmanov tamamlayır. Özbək əsilli milyarderin sərvətiinn həcmi 12,5 milyarda dollardan ibarətdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *