III Bakı Beynəlxalq Turizm Filmləri Festivalına film qəbulu davam edir » AzNews.info -Xəbər portalı

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalına film qəbulu davam edir – FOTO

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalına film qəbulu davam edir


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-4 iyun 2016-cı il tarixində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

AzNews.info xəbər verir ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivala film qəbulu 15 aprel 2016-cı il tarixinə qədər davam edəcək. Festivalın təşkilat komitəsi göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edəcək. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar:

Ölkə, region, şəhər
Mədəniyyət, ənənə
Reklam filmləri
Ekoturizm və digər turizm növləri
TV məhsul (filmlər, videoçarxlar)


Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar. Festivalın ən yaxşı filminə isə QRAN PRİ mükafatı veriləcək.

BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.

BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *