"Azərsu" yeni idarə yaratdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

"Azərsu" yeni idarə yaratdı

"Azərsu" yeni idarə yaratdı


Kəlbəcər Sukanal İdarəsi yaradılıb.

ANS PRESS "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin saytına istinadən məlumat verir ki, məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yeni yaradılmış şəbəkələrin saxlanması və səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində Kəlbəcər Sukanal İdarəsi yaradılıb.

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində Gəncə şəhərində Kəlbəcər rayonundan olan 14199 nəfərdən ibarət 4663 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

Qəsəbədə içməli su və kanalizasiya şəbəkələri yaradılıb, sakinləri fasiləsiz su ilə təmin etmək üçün qəsəbəyə su xətti çəkilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *