Bakıda insan resursları forumu keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda insan resursları forumu keçirilib – FOTO

Bakıda insan resursları forumu keçirilib


Tədbirdə açılış nitqi ilə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda əmək müqavilələri üzrə elektron informasiya sistemi yaradılıb. Onun sözlərinə görə, 1 oktyabr 2015-ci il tarixinə bu sistemin məlumat bazasına 66 300 işəgötürən tərəfindən 1 milyon 254 min işçiyə aid 2,6 milyon əmək bildirişi toplanıb.

Nazir müavini onu da deyib ki, əmək müqavilələrinin bağlanması ilə yanaşı təmsil etdiyi qurum əmək təhlükəsizliyi məsələsinə də ciddi diqqət yetirir və son nəticədə istehsalatda bədbəxt hadisələrin sayı getdikcə azalmaqdadır: “Bu ilin 9 ayında 112 bədbəxt hadisə baş verib ki, bunların da nəticəsində 32 nəfər həyatını itirib, 82 nəfər xəsarət alıb. Amma ötən ilin eyni dövrü ilə müqayisədə istehsalatda bədbəxt hadisələrin sayı 29,5% azalıb”.

Daha sonra çıxış edən Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov isə bildirib ki, Azəbaycanda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış abituriyentlərin əhəmiyyətli hissəsi neft-qaz ixtisaslarını seçir: “Hazırda bu ixtisaslar üzrə Bakı Ali Neft Məktəbində qəbul balları 650-dən yüksək, digər ali məktəblərdə isə 500-dən çoxdur. 690 baldan çox nəticə göstərmiş və prezident təqaüdçüsü olan 25 abituriyentin 17-si Bakı Ali Neft Məktəbində təhsil alır. Prezident təqaüdü ilə yanaşı SOCAR özü yaxşı oxuyan tələbələrə təqaüd verir. 2 dəfə bu təqaüdü alanlar, eləcə də şirkətin yay təcrübə proqramlarında iştirak edənlər SOCAR-a müsabiqəsiz qəbul olunur”.

Bundan başqa, SOCAR rəsmisi qeyd edib ki, son illər təmsil etdiyi şirkətdə işçilərin sayı 73 mindən 52 minə qədər azaldılıb: “İşçilərin ixtisarı tədricən, səs-küy yaratmadan həyata keçirilib və əsasən SOCAR-a məxsus fəaliyyətini demək olar ki, dayandırmış müəssisələrdə işçi kimi qeydiyyatda olan şəxsləri əhatə edib. Onlar sadəcə işçi kimi ştatda idilər və demək olar ki, havayı maaş alırdılar. Biz “Ernst and Young” audit şirkətini dəvət etdik və onların tövsiyəsi əsasında bu ixtisarları həyata keçirdik. İşçilərin əhəmiyyətli qisminə 5 aylıq əmək haqqı ödədik, bir qismini isə 1 il 50% maaş almaq şərtilə SOCAR-ın təlim-tədris mərkəzinə cəlb etdik ki, ixtisaslarını dəyişsinlər və şirkətə məxsus başqa müəssisələrdə işləsinlər. 298 nəfər bu cür yolla yeni işə qəbul edildi”.

Forumda açılış nitqi ilə “PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov da çıxış edib. Şirkət rəhbəri bildirib ki, insan resurslarının idarə edilməsi sahəsində çalışan peşəkarlar digər sahədə çalışan peşəkarlardan öz üzərlərinə düşən mühüm vəzifələri ilə seçilirlər: “Çünkü, bu sahənin hər bir peşəkarı istər-istəməz həm özlərinin, həm çalışdıqları qurumların, həm də ümumilikdə cəmiyyətin peşəkarlıq və fərdi keyfiyyətlərinin inkişafında çox əhəmiyyətli rol oynayırlar. Bu baxımdan bu sahə üzrə təcrübənin peşəkarlar və qurumlar arasında mübadiləsi, beynəlxalq təcrübənin öyrənilməsi və milli dəyərlərimizə adaptasiya edilmiş formada tətbiqi üçün belə bir forumun keçirilməsinin zəruriliyini bir daha vurğulamaq istərdim. Düşünürəm ki, forumun təşkili həm insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar üçün, həm qurum və təşkilatlar üçün, həm də cəmiyyət üçün çox uğurlu nəticələrlə yadda qalacaq və İnsan Resursları Forumu ənənəvi hal alacaq”.

Onun sözlərinə görə, bu tədbir “PAŞA Həyat” sığorta şirkətinin sosial yönümlü növbəti layihələrindən biridir: “Bu forumdan əvvəl “PAŞA Həyat” tərəfindən müxtəlf sahələri əhatə edən bir neçə sosial layihələr, o cümlədən Azərbaycanı dünyaya tanıtmaq, onun zəngin tarixi mədəni irsini, həmçinin müasir inkişafını dünyaya çatdırması istiqamətində bir çox layihələr həyata keçirilib. Belə ki, şirkət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və digər tərəfdaşları ilə İçərişəhərə aid “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklərin kitabı”, Azərbaycan miniatür sənətindən bəhs edən “Təbrizin sehrlinağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, Şəkiyə həsr edilmiş “Məftun edən şəhər”vəBakının mədəni irsi və müasir nailiyyətlərinə aid “Bakı simfoniyası” adlı kitabların işıq üzü görməsinə, onların oxucu kütləsinə çatdırılmasına yaxından dəstək olub.

Daha sonra forumun əsas hissəsinə start verilib və çıxışlar dinlənilib. SOCAR-ın vitse-prezidentinin müavini Asif Şəfəqqətov “İnsan resurslarının idarə edilməsinə olan zərurət”, Azərbaycan Mərkəzi Bankının direktoru Leyla Hüseynova “İnsan resursları strateji partnyor kimi”, “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-nin İnsan Resursları və İnzibati işlər direktoru Banu Kököz “Əməkdaşların məmnuniyyəti”, “T&J Marketing Solutions” şirkətinin direktoru Teymur Məmmədov “İnsan resurslarının brendləşdirilməsi”, SAİPEM-in İşə qəbul üzrə kordinatoru Vüsal Məlikov “İnkişaf etməkdə olan ölkələrdə davamlılıq və işçi saxlama problemləri”, Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev “Daxili təlim potensialının yaradılması”, “BP-Azərbaycan” şirkətinin Əməliyyatlar şöbəsinin müdiri Elnarə Məmmədova “Xidməti fəaliyyətin idarə edilməsi”, “EMBAWOOD” şirkətinin İnsan Resursları direktoru Fidan Əzimli “Yeni biznes erası üçün işçi təlimləndirilməsi”, “Nar Mobile” şirkətinin İnsan Resursları şöbəsinin müdiri Mətanət Babayeva “Korporativ mədəniyyət və İnsan Resursları”, “Azərsun Holdinq”in İşə qəbul şöbəsinin rəhbəri Elçin Əzimli isə “İşə qəbul prosesində informasiya sistemlərinin tətbiqi” mövzularında çıxışlar ediblər. Həmçinin tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bakıda insan resursları forumu keçirilib
Bakıda insan resursları forumu keçirilib
Bakıda insan resursları forumu keçirilib
Bakıda insan resursları forumu keçirilib
Bakıda insan resursları forumu keçirilib
Bakıda insan resursları forumu keçirilib

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *