Naxçıvanda gömrük prosedurları asanlaşdırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Naxçıvanda gömrük prosedurları asanlaşdırıldı

Naxçıvanda gömrük prosedurları asanlaşdırıldı


Naxçıvanda gömrük proseduru sadələşdirilib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bununla bağlı “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.

İndiyə qədər gömrük sərhədindən keçirilən malların kateqoriyası, malları keçirən şəxs, ixrac ölkəsi və ya malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınaraq, gömrük bəyannaməsi ilə birlikdə gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə, uyğunluq sertifikatı, dövlət baytarlıq nəzarətində olan mallar gömrük ərazisinə idxal edildikdə, baytarlıq sertifikatı, yeyinti məhsulları gömrük ərazisinə idxal edildikdə, gigiyena sertifikatı, bitki və bitkiçilik məhsulları gömrük ərazisinə idxal edildikdə, idxal karantin icazəsi, ixrac edildikdə isə fitosanitar sertifikatının təqdim edilməsi tələb olunub. Dəyişikliyə əsasən, artıq bu sənədlər tələb olunmayacaq.

Eyni zamanda bundan sonra Naxçıvana spesifik malların ixracı zamanı müvafiq dövlət orqanlarının rəyləri tələb olunacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *