Kredit qaytarmayanlara bəd xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Kredit qaytarmayanlara bəd xəbər

Kredit qaytarmayanlara bəd xəbər


Vətəndaşlar bankdan kredit götürərkən ona zamin duran şəxslər zaminlikdən imtina etmək hüququna malikdir. Amma bu haqda demək olar ki, heç kimin- nə borc götürənin, nə də ona zamin duran şəxsin məlumatı var. Son vaxtlar heç də hamı kredit götürən şəxslərə zamin durmağa razı olmur. Buna səbəb öz iş yoldaşına , qohumuna və yaxınlarına zamin duran şəxslərin sonradan problemlərlə üzləşməsidir. Yəni krediti götürən şəxslər öz öhdəliklərini vaxtında yerinə yetirmir və nəticədə zaminlər banklarla üz-üzə gəlir. Buna görə də hazırda özünə zamin tapmaq çox çətindir. Artıq zamin durmuş şəxslər isə rda zaminlikdən imtina etmək haqqında düşünürlər.

Bununla belə zaminlikdən imtina etmək heç də asan məsələ deyil.

Bank sahəsi üzrə mütəxəssis Cavid Kərimov ANS PRESS-ə verdiyi açıqlamasında bildirib ki, zamin dəyişdirilə bilər. Amma bankın razılığı olmaq şərtilə."Hər bir banka sağlam zamin lazımdır. Əgər müştəri ilə zamin razılığa gələrsə, və bank buna müsbət cavab verərsə köhnə zaminlə müqavilə ləğv edilə bilər. Amma bu zaman mütləq yeni zamin olmalıdır. Banka zaminin olması vacibdir. Bunun kim olması isə həmin müəssisə üçün o qədər də əhəmiyyətli deyil", - deyə Cavid Kərimov bildirib.

Hüquqşünas Əkrəm Həsənov da ANS PRESS-ə verdiyi açıqlamasında zaminlikdən imtina etməyin mümkün olduğunu deyib. "Bunun bir neçə yolu var. Məsələn, kredit götürülən zaman imzalanan müqavilənin qanunsuz olduğu sübut edilərsə, zaminlik müqaviləsi də etibarsız sayılacaq."

Hüquqşünasın sözlərinə görə Azərbaycanda bir çox müqavilələrdə qanun pozulub. Məsələn, Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, kredit üzrə faizlər ildə bir dəfə tutulmalıdır. Banklar isə ayda bir dəfə tutur. Buna görə də kredit müqaviləsi, zaminlik müqaviləsi qanunsuz və etibarsızdır", - deyə Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, zaminin razılığı olmadan müqavilə şərtlərinin dəyişdirilməsi də qanuna ziddir. "Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminin razılığı olmadan kredit öhdəliyi dəyişdirildikdə zaminliyə xitam verilir. Devalvasiyadan sonra isə bankların çoxu xarici valyutada olan kredit müqavilələrinin müddətini uzadıb. Amma, zaminlik müqaviləsində bunu göstərməyib - zaminin razılığını almayıb. Demək, həmin andan etibarən zaminlik müqaviləsi qüvvəsini itirib", - deyən hüquqşünas qeyd edib ki, bu 2 səbəbə görə zamin banka qarşı tələb irəli sürərək məsuliyyətdən azad ola bilər.

O, həmçinin qeyd edib ki, borcalan qədər zamin də kredit borcuna görə bütün əmlakı ilə cavabdehdir. "Bu o deməkdir ki, hətta dünyasını dəyişəndən sonra da həmin öhdəlik onların əmlakının üzərindədir, ailə üzvlərinin deyil. Əgər dünyasını dəyişən zaminin əmlakı qalıbsa, borc həmin əmlakın dəyərindən ödənilir. Bank vəfat edən zaminin ailəsindən heç bir ödəniş tələb edə bilməz", - deyə Əkrəm Həsənov qeyd edib.

Ümumiyyətlə, bu cür problemlərlə qarşılaşmamaq üçün istər zamin duran şəxslər, istərsə də banklar diqqətli olmalıdırlar. İnkişaf Etmiş Ölkələrdə (İEÖ) banklar kredit götürənlərlə yanaşı, zamin duran şəxslərin seçimində ehtiyatlıdırlar.

Banklar zaminin kim olduğuna diqqətlə yanaşırlar. Bank kredit götürənlə yanaşı zamin duran şəxsi də araşdırır ki, gələcəkdə ödəniş problemi olanda zamin öhdəliyini yerinə yetirə bilsin. Hətta bəzən bank özü zamin cəlb edir.

Hüquqşünaslar tövsiyyə edirlər ki, gələcəkdə problemlər yaşamamaq üçün zamin duran şəxslər də diqqətli olmalıdırlar. Zamin durduqları şəxslərin maddi vəziyyətinə və məsuliyyətinə bələd olmalıdırlar. Ən əsası zaminlik müqaviləsi imzalanan zaman şərtləri diqqətlə oxumalıdırlar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *