Dünya çempionlarımız “Maşın” şouda » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Video

Dünya çempionlarımız “Maşın” şouda – VİDEO

Dünya çempionlarımız “Maşın” şouda


"Maşın" şounun növbəti buraxılışında tamaşaçılar arasına sürpriz qonaqlar gəlib.

ANS PRESS-in məlumatına görə, müəllifi və aparıcısı Murad Dadaşov olan proqramda verilişin qonaqları arasında tanınmış Azərbaycan idmançıları K-1 döyüşçüsü Zabit Səmədov, karate üzrə Dünya Çempionu Rafael Ağayev, Dünya və Olimpiya Çempionu, eyni zamanda Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmədov olub.

“Mauqli” ləqəbi ilə qazandığı uğurlardan sonra ölkəmizin bayrağını xarici ölkələrdə dalğalandıran Zabit Səmədov mayın 19-da Bakıda baş verən dəhşətli hadisədə dünyasını dəyişənlərin ailəsinə başsağlığı diləyib.

Digər çempionlarımız da onun sözlərinə həmrəy olduqlarını vurğulayaraq, verilişin iştirakçılarına, eləcə də qarşıda gələn I Avropa Oyunlarında iştirak edəcək azərbaycanlı iştirakçılara uğurlar arzulayıblar.

Qeyd edək ki, üç günlük fasilədən sonra yayımlanan "Maşın" şounun növbəti buraxılışında iştirakçıların gizli səsverməsi nəticəsində yarışmanı tərk etməyə namizəd olan müğənni Xatirə İslam sonda 64.14% səs yığaraq aktrisa Mehriban Xanlarovanı verilişdən uzaqlaşdırıb.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *