Elvis Preslinin təyyarələri satışa çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Elvis Preslinin təyyarələri satışa çıxarıldı

Elvis Preslinin təyyarələri satışa çıxarıldı


Dünyaca məşhur musiqiçi və aktyor Elvis Presliyə aid olan "Liza Mari" və "Xaund Doq 2" adlı təyyarələr satışa çıxarılıb.

ANS PRESS-in məlumatına görə, "Liza Mari" təyyarəsi dörd mühərriklə təchiz edilib. Onun daxilində böyük çarpayı, qızıldan düzəldilmiş sanitariya texnikası, televizor və 52 dinamikdən hazırlanmış stereo dinamika quraşdırılıb. Təyyarənin quyruğunda Presliyə aid olan TCB (Taking Care of Business) ticarət markası əks edilib. Convair 880 markalı təyyarə 1960-cı ildə buraxılıb.

"Xaund II Doq" "Liza Mari"dən biraz balacadır və Elvis Presli üçün ehtiyat bort olaraq fəaliyyət göstərib. Hər bir halda hər iki təyyarə uçuşlar üçün nəzərdə tutulmayıb və əvvəlki kimi muzey eksponatları kimi qalacaq. 1977-ci ildə sənətçinin ölümündən sonra təyyarələrə sahib çıxan Key Ci Koker hələ ki, qiymət açıqlamayıb, amma ciddi təklif axtarışındadır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *