İlqar Mikayıloğlu: Əlindən tutub şouya gətirdiyim şəxs, məni arxadan vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

İlqar Mikayıloğlu: Əlindən tutub şouya gətirdiyim şəxs, məni arxadan vurdu

İlqar Mikayıloğlu: Əlindən tutub şouya gətirdiyim şəxs, məni arxadan vurdu


Tanınmış aparıcı İlqar Mikayıloğlunun "Maşın" şoudan müğənni Xatun tərəfindən gözlənilmədən uzaqlaşdırılması birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə gün ərzində Xatuna iradlarını bildirən izləyicilər müğənninin düzgün addım atmadığını deyiblər.

İlqar Mikayıloğlu şouda baş verənlərlə bağlı fikirlərini Oxu.Az-la bölüşüb.

-İlqar, Xatunla sənin gedəcəyini əvvəlcədən razılaşdırmışdınız?

-Öncə deyim ki, Xatunla bizim əvvəldən yaxşı münasibətimiz olub. Onun həyat yoldaşım Zülfiyyə xanımla da isti münasibətləri var. Fikir verdinizsə, verilişdə iştirakçılar təqdim olunanda da biz səhnəyə bir çıxdıq. Bir sözlə, Xatunun əlindən tutub şouya gətirdim. Ona həmişə deyirdim ki, səninlə işim yoxdur. Verilişdən bir gün əvvəl mənə yaxınlaşdı və dedi ki, çıx səsverməyə və məni uzaqlaşdır. Amma ona dedim ki, mənim sənə əlim qalxmaz. O, "Səni çıxarsam inciməzsən ki?" deyə müraciət etdi. Bunu zarafat kimi qəbul elədim və dedim ki, "Yox, çıx oyununu oyna". Mən nəzərdə tuturdum ki, hədəfini əvvəlcədən açıqla və rəqibin üzərində kişi kimi qələbə qazan. Amma o, sona qədər hədəfi açıqlamamaqla haqsızlıq etdi. Bu, mənə qarşı yox, məni verilişdə dəstəkləyən tamaşaçılara, dostlarıma və Xatuna qarşı göstərdiyim münasibətə hörmətsizlik idi. Xatun mənim rəqibim deyil, adımı açıqlasaydı, sona qədər getsin deyənlər çox olacaqdı. O, bunu gözəl bildiyinə görə, məni arxadan vurdu. Əlindən tutub şouya gətirdiyim Xatun məni arxadan vurub yola saldı. Bu gün şərhləri oxuyurdum. Bir izləyicinin şərhi məni yenidən özümə qaytardı. Yazmışdı ki, "İlqarın gediş anında simasından bu sözləri oxudum. İndi əlimdə bir Kalaşnikov olardı, hamınızı qırıb gedərdim". Bütün izləyicilərimə təşəkkür edirəm. Haqsızlıq üzündən onlara mübarizədə şans yarada bilmədim.

-Özünüzə başlıca rəqib kimi görürdünüz?

-Mənim üçün rəqib anlayışı ancaq finalda ola bilərdi. İstənilən şəxslə səsvermədə yarışa bilərdim. Mən sms-in yox, gücün həll etdiyi mərhələdə rəqib axtarardım. Amma mənə finalda Vüqar Əbilov, Mehriban Xanlarova və Vüsalə Kərimova ilə mübarizə maraqlı olardı. Mən müharibə görmüş bir adam kimi, onlarla fiziki yox, psixoloji rəqabət aparacaqdım. Güc yox, konsentrasiya əsasdır.

-Samirə Yusifqızı verilişdə hər şeyi Murad Dadaşovun həll etdiyini iddia edir. Bunu hiss etmisinizmi?

-Heç vaxt. Əksinə mən şoudan gedəndə Muradın təəccüblü baxışları, onun hələ də hadisənin şokunda olduğunu göstərirdi. Murad bunun bir oyun olduğunu həmişə deyib və hakim kimi qərəzsiz və bitərəf olub. Açığı deyim qalmaqallar zamanı mən oyunçuları deyil, Muradı izləyirdm. İstənilən halda Murad ustalıqla vəziyyətə nəzarəti ələ alırdı. Başqa aparıcı olsa, orada bəlkə də saçyoldu və əlbayaxa dava düşərdi. “Maşın şou” Murad Dadaşova görə tanınıb və sevilir.

-Bəs siz səsvermədə qalib olsaydınız kimi çıxarardınız?

-Talıb Taleni. İzah edim. Mən heçbir qruplaşmada olmadığıma görə, hər iki tərəf planlarını rahat şəkildə mənə deyirdi. Maraqlıdır ki, Talıb hər iki qruplaşmada var idi. Bir sözlə Ştirlitslik edirdi. Amma kimin tərəfində olduğu da bilinmirdi.

-Qalib qismində kimi görürsünüz?

-Mən üçlükdə Vüqar Əbilovu, Mehriban Xanlarovanı və Toppuş bacını (Tünzalə Əliyeva) görürəm.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *