Azərbaycanlı aparıcı ölümlə üzləşdi » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Media

Azərbaycanlı aparıcı ölümlə üzləşdi

Azərbaycanlı aparıcı ölümlə üzləşdi


ARB kanalında yayımlanan “Ferma” realiti-şounun ilk aparıcısı kimi tanınan Yeganə Cansail cərrahi əməliyyat keçirən zaman ölümlə üzləşib.

AzNews.info xəbər verir ki, Yenicag.az-a açıqlama verən aparıcı cərrahi əməliyyatdan sonra bir müddət ayılmadığını deyib: “Bir müddət öncə, burnumdan əməliyyat olundum. Əməliyyatdan sonra ayılmamışam, həkimlər hətta kliniki ölüm keçirdiyimi deyiblər. Doğrudan da, ölümü yaşayıb, gəldim. Qaranlıq tunelin sonundakı işığı mən də gördüm. Dünyasını dəyişən babamın mənə “geri qayıt” deyə qışqırması hələ də qulaqlarımdadır. Doğrudan da, ruhlar aləmi və ölümdən sonrakı həyat var. Bəlkə də, indi o dünyadaydım, məni həyata babamın ruhu qaytardı”.

Aparıcı ikinci dəfə də əməliyyat olunmalıdır, amma həmin dəhşətli hadisədən sonra buna ürək eləmir: “ Həkimlər yenidən cərrahi müdaxilənin vacib olduğunu deyir, amma çox qorxuram”.

Mənbə: Yenicag.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *