Fərqanə Qasımova rok oxuyacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Fərqanə Qasımova rok oxuyacaq

Fərqanə Qasımova rok oxuyacaq


Əməkdar artist , müğam ifaçısı Fərqanə Qasımova Qafqazda ilk dəfə baş tutan və Şəkidə keçirilən Caucasus Moto Festivalına uzləyiçilərindən biri olub. Əməkdar artist ANS PRESS-ə maraqlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, xalq artisti Alim Qasımovun qızı, mahir muğam ifaçısı rok ifa edəcəyini bildirib: "Son zamanlar məndə roka qarşı maraq yaranıb. Rok musiqisi bizə yaxın bir janrdır. Bilirsiniz ki, atam bundan öncə rokerlərlə duet ifa edib və hər kəs tərəfindən maraqla qarşılanıb. Bundan öncə şəxsən mənim rok ifası ilə əlaqəm olmayıb, amma rok və baykerlərin cəsarətini heyranlıqla izləmişəm".

O, qeyd edib ki, bir müddət öncə Polşada rok qrupu olan "Vu-vu" ilə konsert proqramında iştirak edib. "Muğam ilə roku sintez edərək duet şəklində oxuduq və hər kəs tərəfindən təəccüb və maraqla qarşılandı".

Maraqlı açıqlamaları ilə yadda qalan Fərqanə xanım bu yaxınlarda "Vu-Vu" qrupunun işıq üzü görəcək albomunda birlikdə ifa etdikləri iki mahnının yer alacağını da deyib.

Fərqanə xanım atası Alim Qasımovun da festivalda iştirak etmək arzusunun olduğunu qeyd edib: "Atam da dəvətli idi. Çox istəyirdi gəlsin, amma alınmadı. Bu festival baykerlərin bayramıdır, onlarla birlikdə qeyd etmək bizə xoşdur, festivalın açılışda da olduq, ikinci günün proqramını da izlədik. Baykerlərin şoularına vurulduq. Üç gün burada hər kəs ilə birlikdə olduq”.

Fərqanə xanım bundan əlavə olaraq baykerlərin motoskletlərinin motorunun səsinə və onların göstərdikləri tryuklara heyran qaldığını elavə edib.

Bir müddət öncə Polşada "Vu-vu" rok ifaçıları olan qrupu ilə konsert veriblər.

Qafqazın ilk Moto Festivalı 29-30 avqust tarixlərində keçirildi. Festival Harley Davidson, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *