Elza Seyidcahan: İtlərin toyunda iştirak edərdim » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Elza Seyidcahan: İtlərin toyunda iştirak edərdim

Elza Seyidcahan: İtlərin toyunda iştirak edərdim


Tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlunun Amon və İsida adlı cins itlərinə toy etməsi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

AzNews.info Qafqazinfo-ya istinadla xəbər verir ki, toydan yayılan görüntülərdə Əməkdar artist Elza Seyidcahanın da adı hallanır. Belə ki, qonaqlardan biri məclisə Seyidcahanı çağırmadıqlarına görə heyfsiləndiyini söyləyib.

Əməkdar artist mövzu ilə bağlı bildirib ki, biznesmenin bu cür addım atması onun şəxsi işidir:

“Bəzi insanlara dəyər verməkdənsə, etibarlı, hissiyyatlı heyvanlara (itlərə) dəyər vermək heç də pis deyil. Tənbəl, şəxsiyyətsiz insanlar var ki, işləmir, zəhmət çəkmir və dilənirlər. Onların külək, qış, soyuq, qızmar istidə qucaqdakı uşaqlara yazığı gəlmir. Ancaq heyvanlar isə insanlara xidmət edir. Kəlamda var ki, heyvanları cüt saxlayın.

Heyvanlara yanaşma tərzi hər kəsin şəxsi işidir. Görəsən, bu toy sahibi insanlardan bezdimi? Yoxsa “insanlardan daha çox onlara önəm verirəm” demək istədi? Bəlkə də bu mesajı vermək istəyir ki, heyvanlardan öyrənin, ey eynicinslilərlə evlənən cəzalılar”.

Əməkdar artist bildirib ki, həmin toyda iştirak edə bilərdi:

“Mən o toyda iştirak edərdim. Ancaq qarşılığında “Heyvanlarla insanlar” adlı gözəl bir layihəmə sponsorluq etsin”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *