Elnur Hüseynov “Bəyaz Show”nun qonağı oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Video

Elnur Hüseynov “Bəyaz Show”nun qonağı oldu – VİDEO

Elnur Hüseynov “Bəyaz Show”nun qonağı oldu


“O səs Türkiyə”də bu mövsümün qalibi seçilən azərbaycanlı ifaçı Elnur Hüseynov qardaş ölkədə televiziya proqramlarından birinə qatılıb.

AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, “O səs Türkiyə”də qələbəsindən sonra daha da çox populyarlaşan və sevilən gənc ifaçı Elnur Hüseynov bu gecə qonaq olduğu “Bəyaz Show” proqramında canlı performansı ilə izləyicilərin qəlbini oxşayıb.

Məşhur teleaparıcı-şoumen Elnurun “Sometimes I Feel Like a Motherless Child” mahnısından sonra onun səsinə olan heyranlığını bildirib və səs tembri ilə bağlı bir az açıqlama verməsini istəyib.



Elnur Hüseynov isə dram tenor səs diapazonuna malik olduğunu diqqətə çatdırıb. Lakin Bəyaz “diapazon” sözünü başa düşməyib və verilişdə qonaqlar arasında qısa zarafatlaşma yaşanıb.



Qeyd edək ki, “O səs Türkiyə”dəki ilk ifası ilə bütün Türkiyəni heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə apararaq finala qədər gəldi və ən nəhayət, verilişin son buraxılışında mövsümün birincisi seçildi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *