Əfsanəvi musiqiçilər Şəkidə » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Foto

Əfsanəvi musiqiçilər Şəkidə – FOTO

Əfsanəvi musiqiçilər Şəkidə


Dünya musiqisinin əfsanələri - “The Rolling Stones” qrupu və Bon Joviei rok qrupları Şəkidədir. Onlar bu gün Şəkidə Qafqazın ilk Moto Festivalında iştirak edəcəklər.

Qeyd edək ki, Moto Festival iki gün, 29-30 avqust tarixlərində davam edəcək möhtəşəm CAUCASUS MOTO FESTi-nin rəsmi açılışı mərasimi Şəkinin tarix memarlıq abidəsi olan Aşağı Karvansarayda baş tutacaq. Zəngin və rəngarəng proqramlı Moto festivalın açılışı Milli qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir.

Qədim Şəki şəhəri həm xarici, həm də paytaxtdan gedən qonaqları ən yüksək səviyyədə qəbul edəcək.

Festivalın ilk günü CMF sərgi və yarmarkasının açılışı, “Qanundan Kənar” filminin nümayişi ilə başlayacaq. Daha sonra qonaqlar Milli Çövkən oyununu izləmək şansı qazanacaqlar. Saat 20:30-da Moto Festivalın rəsmi açılış mərasimi baş tutacaq.

Mərasim Natiq ritm qrupu, Bon Jovie Tribyut Şou, Stones Şou, yerli və xarici DJ-lərin iştirakı ilə diskoteka “80-lar” və “Real Qabanlar” filminin nümayişi ilə davam edəcək. Öz rəngarəgliyilə seçiləcək festivalın ikinci günü öz işinə Olimpiya Kompleksinin qarşısında baykerlərin test ride ilə başlayacaq.

Motofestivala dünyanın bir çox ölkələrindən - ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniyada və s. ölkələrdən baykerlər iştirak edəcək. Motoparadda onlarla bayker öz ölkələrinin bayraqları ilə Şəki küçələrində motohəvəskarları salamlayacaq.

Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələrilə tanışlıq imkanı da yaradılacaq.

Bon Jovi — 1983-cü ildə ABŞ-ın Nyu Cersi əyalətində Riçi Sambora, Tiko Torres, Devid Brayan və Alek Con Saçdan ibarət olan heyətilə Con Bon Covi tərəfindən qurulmuş bir rok qrupudur. 1994-cü ildə qrupun bass gitaristi Alek Con Saçın ayrılması istisna olmaqla, qrup təxminən 30 ildir eyni heyət ilə fəaliyyətini davam etdirir.

“The Rolling Stones” qrupu isə 1962-ci ildə İngiltərənin London şəhərində yaradılıb. İlk illərdə qrupda Brian Jones (gitara), Ian Stewart (piano), Mick Jagger (əsas vokal), Keith Richards (gitara, vokal), Bill Wyman (bass gitara) və Charlie Watts (bateri) çalışıb. Wymanın 1993-cü ildə qrupdan ayrılmasından sonra qrubun tam heyəti Jagger, Richards, Watts və gitaraçı Ronnie Wooddan ibarət olub. Darryl Jones (bass gitara) və Chuck Leavell (klavye) da davamlı olaraq iştirak edinlər bulundular, amam qrup üzvləri deyildilər. Dünyada 200 milyondan çox albüm satıblar.

Əfsanəvi musiqiçilər Şəkidə

Əfsanəvi musiqiçilər Şəkidə

Əfsanəvi musiqiçilər Şəkidə

Əfsanəvi musiqiçilər Şəkidə

Əfsanəvi musiqiçilər Şəkidə

Əfsanəvi musiqiçilər Şəkidə

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *