İbrahim Tatlısəs evlənir » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

İbrahim Tatlısəs evlənir

İbrahim Tatlısəs evlənir


Başından silahla vurulan, uzun müddət ölüm-qalım mübarizəsi aparan İbrahim Tatlısəs yenidən nikah masasına oturacaq. ANS PRESS-in məlumatına görə, sənətçi 1 yaşlı qızı Elif Adanın anası olan Ayşəgül Yıldızla yenidən evlənəcək.

Bir aydan çoxdur ki, Quşadasında isitirahət edən Tatlısəs artıq toy hazırlıqlarına başlayıb. Onun yaxınlarından əldə edilən məlumata görə, əvvəll o müalicə üçün ABŞ-a gedəcək. Yeni ildən sonra isə yenidən Türkiyəyə qayıdacaq. Onun eyni qadınla ikinci evliliyi də məhz bayramdan sonra baş tutacaq.

Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. Belə ki, onun bir tərəfi demək olar ki, iflic olub. Müalicəsi davam edərkən o xəstəxana otağında uzunmüddət sevgilisi olan Ayşəgül Yıldızla evlənib.

Onların qızı 2013-cü ilin aprel ayında dünyaya gəlib. Lakin cütülüyün evliliyi uzun çəkməyib və onlar doğumdan qısa zaman sonra boşanıblar. Onların boşanma məhkəməsi 15 dəqiqə davam edib.

Ayşəgül Yıldız boşanmadan sonra verdiyi açıqlamada belə demişdi: "Bəzən istifadə etdiyi dərmanlarla bağlı olaraq səsini yüksəldir. Qızımın daha sakit mühitdə böyüməsini istəyirəm. Bunun üçün də boşanmağı mən istədim. 15 ildir susmuşam. Evləndiyim üçün bir gün belə peşman olmamışam. Evliliyim müddətində xəyanətə uğramadığımdan əminəm".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *