Emin Ağalarov telekanal açır » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Media

Emin Ağalarov telekanal açır

Emin Ağalarov telekanal açır


“Rusiya media qrupu”nun sahiblərindən biri və baş direktoru Sergey Kojevnikov Araz Ağalarovun oğlu, Crocus-un vitse-prezidenti Emin Ağalarov ilə bərabər təmir, inşaat, üzləmə materialları və planlaşdırma haqqında “Sənin evin” adlı telekanal açacaq, “Kommersant” yazır.

Oxu.Az xəbər verir ki, Kojevnikov telekanalın konsepsiyasının hazırlanması ilə məşğuldur və kanalın yaradılmasını təsdiqləyib.

O qeyd edib ki, telekanal Crocus qrupuna daxil olacaq.

Ağalarovun nümayəndəsi şərh verməkdən imtina edib.

Rusiya Nəzarət Komitəsinin reyesterinin məlumatına görə, sentyabrda Ağalarovun digər strukturu “ArtQrant” “Sənin evin” və “Hit TV – musiqili telekanal”ı üçün KİV şəhadətnaməsi alıb. “ArtQrant” artıq yayım lisenziyası üçün müraciət edib, tərəfdaşlar sənədləri yanvarda almağa ümid edirlər.

“Sənin evin” peyk və kabel şəbəkəsi vasitəsilə yayımlanacaq, “Hit TV” isə onun üçün kontent yaradacaq. Kojevnikov onların musiqili telekanal açmayacaqlarını bildirib, belə ki, bu seqment artıq dolub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *