Nigar Camal: Həyatımda inanılmaz dəyişiklik baş verib… » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Nigar Camal: Həyatımda inanılmaz dəyişiklik baş verib…

Nigar Camal: Həyatımda inanılmaz dəyişiklik baş verib…


Eurovision 2011" qalibi Nigar Camal özəl həyatı ilə bağlı etiraflar edib.

AzNews.info axşam.az-a istinadən xəbər verir ki, müğənni "Onlar" verilişinə açıqlamasında həyatında dəyişiklik olduğunu bildirib:

"Həyatımda inanılmaz dəyişiklik baş verib. İnanılmaz sürpriz oldu. Bunun nə olduğunu deyə bilmərəm".

Qızlarından danışan N.Camal övladlarının incəsənəti seçməsinə mane olmayacağını söyləyib:

"Qızlarıma qarşı sərt deyiləm. Onlar Londonda yaşayırlar. Çox ayrı qalıram, görəndə isə nə istəyirlər edirəm. Balaca qızım Səidənin aktrisalıq qabiliyəti var. Əgər İngiltərədə istəsə, ona aktrisa olmağa icazə verərəm. Hansı peşəni seçsələr, dəstək olacam".

Müğənni Türkiyə şou-biznesinə qatılmasına da aydınlıq gətirib. O, Rusiyadakı fəaliyyətindən imtina etməsinin səbəbini açıqlayıb:

"Mənim üçün Türkiyə şou-biznesində çox maraqlı oldu. Deyə bilmərəm ki, işim "partladı, mən ulduzam". Amma yaxşı alındı. Rusiya şou-biznesi məni heç çəkmirdi. Düzdür, orada tanınmaq çətindir. Dima Bilanla duetimiz "partladı", uğurlu alındı. Amma Türkiyəni daha çox sevdim".

Mənbə: Axşam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *