Mətanətin “Gündəlik” verilişi bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Media

Mətanətin “Gündəlik” verilişi bağlandı

Mətanətin “Gündəlik” verilişi bağlandı


ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın aparıcılıq etdiyi “Gündəlik” verilişi yeni mövsümdə efirə qayıtmayacaq.

AzNews.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, aparıcı yeni layihə ilə efirə çıxacağını bildirib:

“Bu yay dincəlmədim. Bütün günü Bakı-Sumqayıt yolunda oldum, evimə gedib, işimə gəldim. Yeni verilişimin gecikməsinin səbəbi dekorasiyamızdır. Tam hazır olmadığı üçün oktyabrın 15-dən sonra yayıma başlayacağıq. Bir neçə günə reklam çarxını hazırlayacağıq. “Gündəlik” verilişi isə artıq olmayacaq.

Yeni proqramım səhər saatlarında yayımlanacaq. Burada hər şey var – maraqlı söhbət, idman, arıqlama. “Gündəlik” proqramından tam fərqlənəcək. Verilişdə nələr edəcəyimi əvvəlcədən açıqlaya bilmirəm, çünki mən qabaqcadan ssenari hazırlayıb onu etmirəm. Həyatda necəyəmsə, efirdə də o cür oluram”.

Mənbə: Axşam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *