Azərbaycanlı müğənnilərin yeni toy qiymətləri » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Azərbaycanlı müğənnilərin yeni toy qiymətləri – SİYAHI

Azərbaycanlı müğənnilərin yeni toy qiymətləri


Artıq bir çox məşhurlar istirahət mövsümünü geridə qoyub, yenidən iş başına, pul qazanmağa start veriblər. Azərbaycan şou-biznesində müğənnilərin qazanc yerləri heç şübhəsiz toylar, şou-proqramlardır. İstədik öyrənək görək, şou əhlinin toy qiymətlərində yenilik varmı?

AzNews.info Lent.az-a istinadən həmin sorğunu təqdim edir:

“Toylar kralı” müğənni Manaf Ağayev:
“Toya yarım saatlıq getmirəm. Bütöv toyu 5 minə oxuyuram”.

Xalq artisti Aygün Kazımova:
“Bütöv toy idarə etmirəm. Yalnız yarım saatlıq oxuyuram. Yarım saat 6 min manatdır. Amma bu qiymət bölgələr üçün deyil. Toy paytaxtımızdan kənardadırsa, qiymət təbii ki, artacaq”.

Xalq artisti Nazpəri Dostəliyeva:
“Bütöv toyu 10 minə, yarım saatı isə 3 min manata gedirəm”.

Xalq artisti Səməd Səmədov:
“Bütöv toy 5 min, yarım saatı 1500 manata”.

Xalq artisti Gülyanaq Məmmədova:
“Yarım saatı 2500, bütöv toyu bacımla birgə 8 min manata idarə edirəm”.

Əməkdar artist Mətanət İsgəndərli:
“Yarım saat 3000-3500 arası, bütöv toy isə 7 min manat”.

Əməkdar artist Abbas Bağırov:
“Bütöv toyu 20 min, yarım saatı 6 min manata gedirəm. Onu da deyim ki, iyirmi min manatın hamısı mənə çatmır. On səkkiz nəfərdən ibarət musiqiçim var. Onlarla bölüşürəm”.

Əməkdar artist Lalə Məmmədova:
“Bütöv toy 8 min, yarım saat 3 min manata”.

Xanəndə Elnarə Abdullayeva:
“Yalandan qiymət demək mənə yaraşmaz. Yarım saatı 3 min, bütöv toyu 10 min manata idarə edirəm. Bu qiymət yalnız Bakıdadır. Paytaxtdan kənarda toy qiymətlərim bundan bahadır”.

Müğənni Nuri Sərinləndirici:
“Bakıda bütöv toy 15 min, bölgələrdə isə 20 min manat”.

Müğənni Elton Hüseynəliyev:
“Bütöv toy 12 min, yarım saat 4 min”.

Müğənni Nazənin:
“Bütöv toyu tək 6 min, ansamblla 8 min, yarım saatlıq isə 2 minə gedirəm”.
Müğənni Mətanət Əsədova: “Mən də bir çoxları kimi şişirdilmiş qiymət deyə bilərəm. Amma olanı demək lazımdır. Hər zaman toy qiymətlərim stabil olub. Yarım saat 2 min, 1 saat 3 min, bütöv toy 8 min manat”.

Müğənni Elvin Abdullayev:
“Bütöv toy 5 min, yarım saat 1500”.

Müğənni Afaq Aslan:
“Bütöv toya getmirəm. Yarım saat 1000-1500 manat arasındadır”.

Müğənni Günay İbrahimli:
“Yarım saat 3 min, bütöv 8 min”.

Müğənni Səidə Dadaşova:
“Ümumiyyətlə mən toy qiymətimi deməyi xoşlamıram. Toy qiymətinə prodüserim nəzarət edir. Amma sizə görə deyə bilərəm ki, yarım saatlıq 500, musiqiçilərsiz bütöv toy isə 1500 manata. Heç bir müğənni deyə bilməz ki, konkret bu qiymətə gedirəm. Çünki dost, tanış, qohum toyları var. Hər kəsin cibinə görə müəyyənləşdiririk”.

Müğənni Aysel Əlizadə:
“Bütöv toya getmirəm. Yarım saatı 1500 manat”

Müğənni Emil Bədəlov:
“Yarım saat 2 min, bütöv 5 min manat”.

Sevinc və Sevil bacıları:
“Allah hər kəsə xeyir iş qismət eləsin. Yarım saatı 3 minə, bütöv toyu 8 minə oxuyuruq”.

Müğənni Yaşar Yusub:
“Yarım saatı 1500, bütöv toyu 5 minə”.

Müğənni Yaşar Cəlilov:
“Yarım saatı 1500, bütöv 4 min manata” .

Müğənni Təranə Qumral və Musa Musayev cütlüyü:
“Yarım saat 2 min, bütöv toy 6 minə aparırıq”.

Rəqqasə Oksana Rəsulova:
“Məndə saatla deyil. Sadəcə bir və ya iki rəqs 750 manatadır”.

Aparıcı-müğənni Murad Arif:
“Yarım saatlıq 1000, bütöv toyu isə oxumuram. Toyu isə 2 min manata aparıram”.

Xalq artisti Bilal Əliyev:
“1 milyon manata. Mənim toy qiymətim budur”.

Müğənni Röya Ayxan:
“Yarım saat 8 min manat. Bütöv toya getmirəm”.

Müğənni Elnarə Xəlilova:
“Yarım saatı 5 min manata gedirəm”.

Elit - star Cəmilə İsgəndərova:
“Bütöv toy 4-5 min, yarım saatlıq 500-800 manat arasında dəyişir”.

Müğənni Şəbnəm Tovuzlu:
“Bakıda yarım saat 1000, bütöv toy 4 min manatadır. Bölgələr üçün bu qiymət fərqlidir”.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *