Manaf kişi həmkarları haqda: Utanmır, qaşın alır » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Manaf kişi həmkarları haqda: Utanmır, qaşın alır

Manaf kişi həmkarları haqda: Utanmır, qaşın alır


Müğənni Manaf Ağayev sırğa taxan kişi ifaçıları tənqid edib.

AzNews.info-nun axşam.az-a istinadla məlumatına görə, sənətçi “İncə sənət” verilişində belə halları qəbul etmədiyini bildirib:

“Şou-biznesdə kişi xarakterli müğənnilər azdır. Ad çəkmərəm, xətrinə dəyər. Adam var qaşın da, üzünü də alır, sırğa da taxır. Utanmır bunu edir. Belələrinin kompleksi yoxdur. Özümü elə gülünc günə qoyaram ki, hamı məndən danışar.

Amma sənət olmayandan sonra bu kimə lazımdır? Düşünəndə ki, mən də özümü o hala salıram gülməyim gəlir. Övladlarım da özünü belə günə qoysa, qəbul etmərəm”.

M.Ağayev həmkarlarının efirdə başına gələn hadisələrdən də bəhs edib:

“Efirdə təsadüfdən hər şey ola bilər. Bundan gündəm yaratmaq olmaz. Bu yaxınlarda Səidə Sultanın efirdə başına iş gəlib (Müğənninin paltarının yaxası düşmüş, sinəsi görünmüşdü - red.). Bu qəsdən özünü açıb tökmədi ki... Oxuyan yerdə başına iş gəldi. Mən də səhnədə yıxıla bilərəm. Bunlar adi haldır”.

Mənbə: Axşam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *