Tbilisi “Miss Planet 2015”i qəbul edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Dəb

Tbilisi “Miss Planet 2015”i qəbul edəcək

Tbilisi “Miss Planet 2015”i qəbul edəcək


Bütün dünyanın gözəlləri sentyabrın 12-də ilk dəfə Gürcüstanda keçiriləcək “Miss Planet 2015” gözəllik müsabiqəsində iştirak etmək üçün bu ölkəyə gələcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə “Novosti Qruziya”nın müxbirinə müsabiqənin təşkilatçılarından biri bildirib.

Müsabiqənin finalı paytaxt filarmoniyasının böyük zalının səhnəsində baş tutacaq. Tamaşaçıların qarşısına 35 müxtəlif ölkədən olan seçim turlarının qalibləri çıxacaq. Müsabiqə iştirakçıları Gürcüstanda nümayəndə heyəti ilə sentyabrın 6-dan 13-nə kimi olacaqlar.

“Planetin birinci gözəlini sanballı münsiflər müəyyən edəcəklər. Bu münsiflər heyətinin tərkibinə 20 ölkənin nümayəndəsi daxil olacaq. “Miss Planet 2015” ənənəvi olaraq eksklüziv tac ilə təltif ediləcək. Üç yerin mükafatçısı müsabiqə sponsorlarından hədiyyə alacaqlar”, - müsabiqə təşkilatçısı “Novosti-Qruziya”ya bildirib.

“Miss Planet 2015”in birinci mərhələsində, müsabiqə iştirakçıları tamaşaçıların qarşısına təmsil etdikləri ölkələrin milli geyimlərində və çimərlik geyimlərində çıxacaqlar. Bu mərhələ Radisson Blue Iveria otelində keçiriləcək. Birinci mərhələ çərçivəsində “Tamaşaçı simpatiyası” nominasiyasının sahibi müəyyən ediləcək.

Tədbirin VİP qonaqları üçün planetin ən gözəl qızları ilə şəkil çəkdirmək imkanı olacaq. Gecənin qonaqlarını həmçinin furşet və kokteyl-bar gözləyəcək.

İkinci mərhələ və yarımfinal Ambasadori Kаchreti otelində, üçüncü mərhələ isə Bermukha restoranında keçiriləcək.

“Miss Planet 2015” gözəllik müsabiqəsində Gürcüstanı 18 yaşlı Lika Babluani təmsil edəcək, o əslən Tetritskarodandır (Gürcüstanın Kvemo-Kartli regionu).

Rusiyadan müsabiqədə Natalya Şaronova, Ukraynadan Yekaterina Raskova iştirak edəcək. Öz gözəlliyini müsabiqədə Akerke İskakova (Qazaxıstan), Karbelo Makara (Lesoto krallığı, Cənubi Afrika), Rolin Hund (Niderland, Polina Dobreva (Bolqarıstan), Albina Zamaleyeva (Tatarıstan), Barbara Rodriges (Portuqaliya), Karolina Toleykite (Litva), Sandra Lazeska (Makedoniya) və digərləri nümayiş etdirəcəklər.

Müsabiqənin biletlərini biletebi.ge saytında əldə etmək olar. VİP biletlərin qiyməti 250 lari (107 dollar), standart biletlərin qiyməti isə 15-50 laridir (6-22 dollar).

Tbilisidə keçiriləcək “Miss Planet 2015” gözəllik müsabiqəsinin təşkilatçısı Katrini model agentliyidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *