“Qara bağ” və “İnikas” bədii filmləri təqdim olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Kino

“Qara bağ” və “İnikas” bədii filmləri təqdim olunacaq

“Qara bağ” və “İnikas” bədii filmləri təqdim olunacaq


“Qara bağ” və “İnikas” bədii filmlərinin təqdimatı olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, 8 may 2015-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş, gənc rejissorlar Amil Məmiyevin "Qara bağ", Ayşad Səfərəliyevin isə "İnikas" qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.

Sözügedən filmlər Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) məzunu olan hər iki gəncin diplom işləri kimi istehsal edilib.

"Qara bağ" dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Filmdə məcburi köçkünlərin hazırkı yaşayışı, Qarabağ həsrəti bir sıra metaforik simvollarla əksini tapacaq...

"Qara bağ" filminin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Elxan abbasov, Vidadi Əliyev, Rasim Cəfər və başqaları çəkiliblər.

"İnikas" bədii filmi SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir...

Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova kimi aktyorlar çəkiliblər "İnikas" filmi IV "Qırğızıstan - Qısametrajlı Filmlər Ölkəsi" Beynəlxalq Film Festivalında "Münsiflər heyətinin xüsusi mükafatı"na layiq görülüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *