Nazirlik xalq artistini mükafatlandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Nazirlik xalq artistini mükafatlandırdı

Nazirlik xalq artistini mükafatlandırdı



Mədəniyyət və Turizm Nazirliyi teatr sənəti sahəsindəki xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə xalq artisti, Prezident təqaüdçüsü, teatr rejissoru Ağakişi Kazımovu mükafatlandırıb. Nazirlikdən Axar.az-a verilən məlumata görə, xalq artistinin 80 illik yubiley gecəsi oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Xatırladaq ki, A.Kazımov 1935-ci il iyun ayının 28-də anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram və kino aktyoru" fakültəsində ali təhsil alıb. 1960-cı ildə Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrında baş rejissor göndərilmiş sənətçi 1964-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun "Rejissorluq" fakültəsinə daxil olub. 1969-1970-ci illərdə A.Kazımov əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ.Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ.Coşqun), "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri), "Büllur sarayda" (İ.Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar. Bu da rejissorun sənət duyumunun əsas göstəricisi kimi qiymətləndirilə bilər. A.Kazımov hal-hazırda Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyir. O, bu teatrda bir çox quruluşlar üzərində işləyib. Qazandığı sənət uğurlarına görə Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür. - See more at: http://axar.az/news/54321#sthash.NoKcp6yZ.dpuf

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *