Küveytin “Al Jarida” qəzetində Azərbaycanın turizm imkanları haqqında məqalə yayımlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Küveytin “Al Jarida” qəzetində Azərbaycanın turizm imkanları haqqında məqalə yayımlanıb

Küveytin “Al Jarida” qəzetində Azərbaycanın turizm imkanları haqqında məqalə yayımlanıb

AzNews.info xəbər verir ki, Məqalədə müəllif Azərbaycan haqqında yüksək fikirlər səsləndirərək qeyd etmişdir ki, təbii məkanlarla zəngin Odlar Yurdu-Azərbaycan, Küveyt turizmi üçün ən yaxşı nümunə hesab oluna bilər.

Müəllif Heydər Əliyev adına Beynəlxalq Hava Limanını müasir infrastrukturu ilə dünyanın ən yaxşı hava limanlarından biri kimi qiymətləndirib.

Məqalədə Azərbaycan təbiəti, musiqisi, milli mətbəxi, mədəniyyət və tarixi haqqında ətraflı məlumatlar qeyd olunub. Həmçinin, Bakı küçələri, Yanardağ və Palçıq vulkanları da əhəmiyyətli turistik məkanlar kimi qeyd edilib.

Bakının simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin möhtəşəm memarlıq nümunəsi olduğu bildirilir.

Müəllif Azərbaycanda keçirilən bayram, festival və beynəlxalq tədbirlər haqqında da geniş məlumat vermişdir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *