Lahıc misgərlik sənəti ilə bağlı qısametrajlı film hazırlanır » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Lahıc misgərlik sənəti ilə bağlı qısametrajlı film hazırlanır

Lahıc misgərlik sənəti ilə bağlı qısametrajlı film hazırlanır

AzNews.info xəbər verir ki, İctimai Birlikdən verilən məlumata görə, "Qədim xalq sənəti - Misgərlik" layihəsi çərçivəsində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən Lahıc Misgərlik sənətinin gənclərə daha yaxından tanıdılması, Azərbaycan misgərlik sənətinin tarixi haqqında beynəlxalq arenada təbliğat işlərinin aparılması, qədim misgərlik ocaqlarını təbliğ etmək məqsədi ilə qısametrajlı film hazırlanır.

Filmdə günümüzə qədər qorunub saxlanılan misgərlik sənətinin tarixi, bu sənətlə məşğul olan nəsillər, misgərlik sənətinin incəlikləri haqqında ustadlar tərəfindən geniş məlumat veriləcəkdir.

Qeyd edək ki, layihənin keçirilməsinin məqsədi UNESCO tərəfindən rəsmi olaraq yenicə tanınmış bu qədim sənət növü haqqında yerli və beynəlxalq səviyyədə daha çox məlumat vermək, gənclərin bu sənətə diqqətini daha çox artırmaqdır. Həmçinin qısametrajlı film vasitəsi ilə günümüzdə bu sənətlə aktiv məşğul olan sənətkarların daha çox tanınmasına dəstək olunacaq.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *