Maral Tahirqızı həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Maqazin, Video

Maral Tahirqızı həbs olundu – VİDEO

Maral Tahirqızı həbs olundu


Xətai Rayon Məhkəməsində Maral Tahirqızının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, mayın 18-də hakim İbrahim İbrahimlinin sədrlik etdiyi iclasda Maral Tahirqızına hökm oxunub. Hökmə əsasən, M. Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. M. Tahirqızı məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *