Bakının mərkəzində əməliyyat: Silahlı şəxs saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakının mərkəzində əməliyyat: Silahlı şəxs saxlanıldı

Bakının mərkəzində əməliyyat: Silahlı şəxs saxlanıldı


Bakıda özünü şübhəli aparan şəxs saxlanılıb.

AzNews.info-nun Lent.az-a istinadən məlumatına görə, polis əməkdaşları Xəqani küçəsi 41 ünvanının qarşısında şübhəli hesab etdikləri şəxsi saxlamağa çalışıblar. Lakin həmin şəxs ərazidən uzaqlaşmaq istəyib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb və onun üzərinə, eləcə də əlindəki torbaya baxış keçirilib. Bu zaman onun əlindəki bükümdəkinin sökülü halda olan “AK 74” markalı avtomatın hissələri olduğu üzə çıxıb. Bəlli olub ki, silah saz vəziyyətdə olub.

Saxlanılan şəxsin kimliyi də müəyyənləşdirilib. Bəlli olub ki, bu, Xətai rayon sakini, 1977-ci il təvəllüdlü Vəliyev Zaur Akif oğludur.

O, ilkin ifadəsində silahı metronun “Həzi Aslanov” stansiyası yaxınlığında ağaclıq sahədə tapdığını iddia edib.

Z.Vəliyevin avtomatı hansı səbəbdən gəzdirdiyi, şəhərin mərkəzinə niyə gətirdiyi və digər suallar ətrafında araşdırmalar aparılır.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *