Gəncəli avtoxuliqan: Kefli olmuşam, zır kefli » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Avto, Video

Gəncəli avtoxuliqan: Kefli olmuşam, zır kefli – VİDEO

Gəncəli avtoxuliqan: Kefli olmuşam, zır kefli


Gəncədə yol polisinin qanuni “saxla” əmrinə məhəl qoymayan, cəmiyyətə hörmətsizlik edərək ictimai qaydanı pozan 5 sürücü saxlanılıb.

AzNews.info-nun APA TV-yə istinadən məlumatına görə, Gəncə şəhər sakinləri, 33 yaşlı Səbuhi Qasımov, 27 yaşlı Rövşən Novruzov, onun həmyaşıdı Vüsal Ələsgərov, 26 yaşlı Toğrul Abiyarı və 20 yaşlı Elsəvər Qasımov həbs cəzası alan şəxslərdir. Onlar Gəncənin küçə və prospektlərində öz həyatlarını da təhlükə altına ataraq vətəndaşların rahatlığını pozduqları üçün saxlanılıblar.

Saxlanılan şəxs Elsevər Qasımov bildirib ki, Heydər Əliyev parkında avtoxuliqanlıq etdiyim üçün saxlanılıb: “Əməlimdən çox peşmanam. Kefli olmuşam, zır kefli. Gedib maşını vurmuşam, “sroku” 45 sutkadır, gedib çəkirəm”.

Bu gənclərdən ikisi isə yaxınlarının toy karvanında diqqət mərkəzinə düşməyə çalışıblar.

Qeyd edək ki saxlanılan 5 nəfər sutkalıq həbs cəzası ilə yanaşı müəyyən müddətə sürücülük hüququndan da məhrum ediliblər.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *