ABŞ-da 6 polis qaradərili gəncin qətlə yetirilməsində təqsirli bilinib » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

ABŞ-da 6 polis qaradərili gəncin qətlə yetirilməsində təqsirli bilinib

ABŞ-da 6 polis qaradərili gəncin qətlə yetirilməsində təqsirli bilinib


ABŞ-ın Baltimor şəhərinin (Merilend ştatı) 6 polis əməkdaşı qaradərili Freddi Qreyin qətlə yetirilməsində təqsirli biliniblər.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Merilin Mosbi bildirib.

“Heç bir şəxs qanundan üstün ola bilməz”, deyə prokuror bildirib. Qeyd olunur ki, polis əməkdaşlarının həbsi üçün orderlər artıq verilib.

Xatırladaq ki, Baltimor şəhərində bir həftədir davam edən iğtişaşlar zamanı 100-dək polis əməkdaşı xəsarət alıb. Toqquşmalara səbəb 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılmasından bir həftə sonra xəstəxanada vəfat etməsi olub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *