Bakını lərzəyə salan “avtoş”: Şeytan yoldan çıxartdı, mən də içmişdim » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Avto, Foto

Bakını lərzəyə salan “avtoş”: Şeytan yoldan çıxartdı, mən də içmişdim – FOTO

Bakını lərzəyə salan “avtoş”: Şeytan yoldan çıxartdı, mən də içmişdim


Bakıda idarə etdiyi “VAZ-2107” markalı atvomobillə “sərxoş vəziyyətdə avtoxuliqanlıq edən, yol polisinin “saxla” əmrinə dəfələrlə tabe olmayan sürücü Amid Səxavət oğlu Zeynalov həbs olunub.

AzNews.info xəbər verir jki, Avtosfer.az-ın əməkdaşı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində cəza çəkən Amid Zeynalovla görüşüb.

A.Zeynalov bildirib ki, yol polisləri onu Novruz bayramı günü – martın 22-də saxlayıblar:

“Avtoxuliqanlıq etmirdim. Elə-belə sürürdüm. Yol polisi “saxla” işarəsi verdi, mən də saxlamadım. Arxamca gəldilər, yenə dayanmadım. Təxminən 3-4 dəfə “saxla” dedilər, amma sürdüm. Çünki sərxoş vəziyyətdə idim. Şeytan yoldan çıxartdı, mən də içmişdim. Bayram günü idi. Sonra gördüm ki, arxamca 6-7 polis maşını gəlir. Amma yenə dayanmadım. Axırda maşının təkəri partladı, elə o vəziyyətdə də sürürdüm. Sonra maşın maneəyə dəyib dayandı, gəlib tutdular”.

Üç uşaq atası olan Amid Zeynalov əvvəllər də avtoxuliqanlıq əməlinə görə həbs olunduğunu bildirib. Uşaqları üçün darıxan bu şəxs əməlindən peşman olduğunu da söylədi: “Daha yaş o yaş deyil. Yəqin ki, bir də belə olmaz”.

Bakını lərzəyə salan “avtoş”: Şeytan yoldan çıxartdı, mən də içmişdim

Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *